Azyaşlı uşaqların evdə tək və köməksiz qalması ilə bağlı araşdırma başladı - VİDEO

Sosial şəbəkələrdə azyaşlı uşaqların evdə tək və köməksiz qalması barədə yayılmış görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Stopnarkotik.az-a bildirib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin həmin ünvan müəyyən edilib və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə ailəyə baxış keçirilib və onlar İcra Hakimiyyəti orqanına dəvət olunublar.

Bundan sonra ailənin yaşam şəraitinə qiymət verilərək, uşaqların durumunun yaxşılaşdırılması üçün müvafiq qərar qəbul olunacaq.