Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, 2022-ci ilin aprel ayına nisbətən 115,1% təşkil edib.
Stopnarkotik.az xəbər verir ki, Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, vafli, peçenye, mal və qoyun əti, yoqurt, xama, pendir, zeytun yağı, naringi, portağal, alma, balqabaq, yerkökü, soğan, şəkər, konfetlər, çay, mineral sular, pivə, tütün məmulatları, ucuzlaşma isə əsasən çörək, un, qarabaşaq yarması, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, banan, kələm, xiyar, çuğundur, kartof, mərcinin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.