Avropa İttifaqı Kılıçdaroğluna “stop qoydu” - “Politico” nəşrindən sensasion yazı

“Ərdoğan prezident seçkilərində qalib gəlsə, Brüssel rahat nəfəs alacaq”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan yazıda bildirilir.

Yazıda vurğulanır ki, Avropa İttifaqı müxalifətdən olan prezidentliyə namizdə Kamal Kılıçdaroğlunun Türkiyənin bu quruma daxil olması ilə bağlı uzun müddətdir dondurulmuş danışıqları bərpa etməyə çalışacağından ehtiyat edir.

“Politico”nun anonim mənbəyə istinadən verdiyi məlumata görə, dekabrda Aİ liderləri Ukraynanın quruma daxil olması ilə bağlı danışıqlara başlaya bilər. Brüssel başa düşür ki, bunun Avropa iqtisadiyyatı üçün ciddi nəticələri olacaq.

*

"Hansısa məqamda başa düşməliyik ki, Ukrayna və Qərbi Balkanlar Aİ-nin son genişlənməsidir. Aİ-nin həm Türkiyəni, həm də Ukraynanı “udması” ağlasığmazdır. Bazar buna tab gətirməyəcək", - deyə mənbə bildirib.

Stopnarkotik.az