Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Stopnarkotik.az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K. Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.