5 milyon dollarlıq əqrəb zəhəri aşkarlandı - ƏMƏLİYYAT

Türkiyənin Yalova şəhərində polis əməliyyatı ilə qaçaqmalçılıq yolu ilə gətirilən təxminən 500 qram əqrəb zəhəri müsadirə edilib.

Stopnarkotik.az xəbər verir ki, kosmetika və əczaçılıq sənayesinin ixtisaslaşmış sahələrində istifadə edilən maddənin bazar dəyəri 5 milyon dollardır. Suriyadan gətirildiyi müəyyən edilən zəhərlə bağlı 2 şübhəli şəxsə qarşı məhkəmə işi başlanıb.

Qaçaqmalçılıq fəaliyyətlərinə qarşı mübarizə çərçivəsində Yalova Vilayət Jandarma Komandanlığı qrupları Çiftlikköy rayonunda şübhəli bir nəqliyyat vasitəsini saxlayıb. Yoxlamalar zamanı nəqliyyat vasitəsinin içərisində plastik şüşələrdə gizlədilmiş təxminən 500 qram şübhəli maddə aşkar edilib. 

Stopnarkotik.az

**