Ağdamda minalanmış yerə yaxın ərazidə yanğın baş verib

Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə məlumat daxil olub.
Nazirlikdən açıqlanan xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Stopnarkotik.az