Yaxın Şərqdə geniş kəşfiyyat şəbəkəsinə, o cümlədən kosmik peyklərə malik olan Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücum hazırlığından xəbərsiz qala bilməzdi.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, HƏMAS əməliyyatları dəqiqliklə olmasa da, geniş miqyasda həyata keçirib ki, bütün bunları, hazırlıqları peyklərdən görməmək mümkün deyildi.
Zaxarova xatırladıb ki, Birləşmiş Ştatlar həmçinin Yaxın Şərqdə kiberməkanda baş verən hər şeyi izləyir.
Bir il ərzində (media HƏMAS-ın bir ildir hücuma hazırlaşdığını yazırdı-red.) amerikalılar məlum vəziyyəti izləməyiblər və ən yaxın müttəfiqinə məlumatlar ötürməyiblər./azvision.az