Meta-nın baş direktoru Mark Zukerberq uşaqların, Meta işçilərinin "cinsi təsir göstərmək" qabiliyyətinə malik olmaq xəbərdarlığı etdiyi çat-botlara girişini təsdiqləyib.
Stopnarkotik.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı ştatın baş prokuroru tərəfindən Nyu-Meksiko məhkəməsində iddia qaldırılıb.
“Reuters” iddiaya istinadən bildirir ki, "Meta şirkəti [Facebook və İnstaqramda] uşaqlara yönəlmiş zərərli məzmunun və cinsi təhriklərin yayılmasının qarşısını ala bilməyib".
Məhkəməyə təqdim edilən materiallar arasında işçilərin daxili yazışmaları, eləcə də baş prokurorluğun ofisinin tələbi ilə açıqlanan mesajlar var. İddia olunur ki, Meta işçilərin tövsiyələrini rədd edib və uşaqları süni intellekt botları ilə böyüklər mövzusunda söhbətlərdən qorumaq üçün nəzərdə tutulmuş adekvat təhlükəsizlik tədbirlərini həyata keçirməkdən imtina edib. İşin fevral ayında məhkəməyə verilməsi planlaşdırılır.
Sentyabr ayında isə 44 ABŞ prokuroru süni intellekt xidməti developerlərinə xəbərdarlıq edərək, çat-botların yetkinlik yaşına çatmayanları "romantik və erotik söhbətlərə" cəlb etməsi ilə bağlı məlumatlar fonunda uşaqları kifayət qədər qorumadıqlarına görə məsuliyyət daşıdıqlarını bildirmişdi.
Stopnarkotik.az