Ukraynanın Ternopol bölgəsində genişmiqyaslı narkotik laboratoriyası aşkarlanıb. Məlum olub ki, ərazidə tam bir narkoticarəti sistemi qurulub, fabriki idarə edənlərsə narkotikləri özləri istehsal edib Ukrayna boyunca geniş bir şəbəkə vasitəsilə paylaşıblar. Yeddi bölgədə 54 axtarış aparılıb.
Axtarışlar zamanı 200 kq metamfetamin, 127 kq tiryək ekstraktı, 20 ton prekursor və az miqdarda 20 kq kannabis və 25 kq xaşxaş samanı tapıblar.
İlkin hesablamalara görə, müsadirə olunan narkotikin qara bazar dəyəri təxminən 700 milyon qrivnadır. Həmçinin, onlar odlu silah, sursat, beş maşın və 60.000 dollar nağd pul müsadirə edilib. 12 nəfərə şübhəli qismində saxlanılıb.
Stopnarkotik.az