İyulun 14-də ümumi çəkisi 28,7 kiloqramdan artıq narkotik vasitə və 2000 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar edilib.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilib.
Stopnarkotik.az