18 nəfəri aldatmış dələduz saxlanıldı - VİDEO

Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmovdur.

O, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazanıb. 

Bu yolla E.Məhərrəmov 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.