Türkiyədən Yunanıstana qeyri-qanuni yolla keçmək istəyən şəxslər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Bildirilib ki, 3 nəfər Yunanıstana qaçmaq istəyərkən tutulub. Həmin şəxslərdənikisinin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Hazırda onlar barəsində araşdırma aparılır.