Sərxoş sürücü avtomobili zəvvarların üzərinə sürdü: 10 nəfər öldü

İraqın Bəsrə vilayətinin əl-Hərsə rayonunda Ərbəin ziyarəti üçün Kərbəlaya piyada gedən zəvvarları avtomobil vurub.

Stopnarkotik.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bildirilib ki, sərxoş vəziyyətdə olan sürücü gecə saatlarında əsas yolda hərəkət edərkən maşını zəvvarların üzərinə sürüb.

Bəsrə vilayətində həlak olanların xatirəsinə üç günlük matəm elan edilib.