Sabiq polis əməkdaşı sevdiyi qıza görə özünə qəsd etdi

Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə daxili işlər orqanlarından xaric edilib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın əldə etdiyi xəbərə görə, intihar edən 28 yaşlı Məhərrəm Hüseynov sevdiyi qıza görə intihar edib. Belə ki, M. Hüseynov sevdiyi qızın ona verilməməsi səbəbindən həyatına qəsd edib.
Sabiq polis əməkdaşı özünə qəsd edib