Rusiyada partizanlar döyüş təyyarəsini yandırdı - VİDEO

Rusiyanın Novosibirsk bölgəsində naməlum partizanlar Su-24 döyüş təyyarəsini məhv ediblər. 

Bu barədə "Rusiya Azadlığı" Legion Ümumxalq Hərəkatı məlumat yayıb. 

Məlumata görə, təyyarə təmir və modernləşdirmə üçün nəzərdə tutulmuş bazada olub. 

Bildirilib ki, təyyarə tamamilə yanıb.