Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarə yaşayış binasına çırpılıb, azı 3 nəfər ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə New Delhi Television (NDTV) məlumat yayıb.
Hindistan HHQ məxsus MiQ-21 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə Racastan ştatının Suratqarh şəhəri yaxınlığında baş verib.
Təyyarənin pilotu yüngül xəsarətlər alıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmalar aparılır.