Paytaxtın Nizami rayonunda zərərçəkənə məxsus 1000 manat dəyərində mopedin oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən C.Rəhimov və H.Məlikli saxlanılıb.
Araşdırmalarla onların oğurladıqları mopedi satdıqları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.