“Narkomaniya ümumbəşəri bəladır” - Ağcabədidə şagirdlərlə görüş keçirilib / FOTOLAR

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hindarx qəsəbəsində yerləşən 1,2 və 3 saylı orta məktəblərində təhsil alan şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi müavini Elmir Dəmirçiyev və digər iştirakçılar narkomaniya və onun yaratdığı fəsadlarla bağlı məlumat veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyətə vurduğu zərbələr qeyd olunub. Mükəmməl təhsilin və sağlam həyatın vacibliyi geniş şəkildə şagirdlərin diqqətinə çatdırılıb.

Sonda maraq doğuran suallar cavablandırılıb.

Stopnarkotik.az