İranda jurnalist qətlə yetirildi - FOTO

İranın Xuzistan əyalətinin İzə şəhərində yaşayan "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb. 

Stopnarkotik.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. 

"Mayın 12-i axşam saatlarında İzə şəhərinin Salman Farsi küçəsində yerləşən kafedə baş redaktora silahlı şəxs hücum edib. Əkbər Limonçu və onunla bir yerdə olan bir neçə nəfər güllələnib",- məlumatda bildirilib. 
Baş redaktor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər. İran Polis Komandanlığının İnformasiya Mərkəzinin rəhbəri Səməd Abbasi hadisənin baş verdiyini təsdiqləsə də, hadisənin təfərrüatı barədə açıqlama verməyib. O, silahlı hücumun araşdırıldığını və qatilin tutulması istiqamətində tədbirlər görüldüyünü bildirib.