Daxili İşlər Nazirliyi antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədi ilə növbəti sosial çarx paylaşıb.
Stopnarkotik.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, sosial çarx “Narkotiklərə aparan yolun sonu sənin sonun ola bilər” adlanır.
Qeyd olunub ki, sosial çarxın hazırlanmasında əsas məqsəd gəncləri və ən əsası narkotik vasitələrin təsiri altına düşməyə meylli olan zəif iradəli şəxsləri bu yoldan çəkindirməkdir.