Bakının bu küçələrində hərəkət tam məhdudlaşdırılacaq - SİYAHI

“Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, “Bakı Marafonu 2023”lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq”.

Stopnarkotik.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O deyib ki, tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə aşağıdakı küçə və prospektlərdə qeyd olunan saatlarda hərəkət məhdudlaşdırılacaq:

“Yürüş Bayraq Meydanından başlayaraq, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yoluna qədər, eləcə də Ağ şəhər dairəsinə, yəni Xəqani Rüstəmov küçəsinə qədər davam edib, oradan geriyə hərəkət edəcək. Bu zaman Hərbi Qənimətlər Parkının yanından keçməklə, Yusif Səfərov – A. Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsünə qədər olmaqla Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z. Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, daha sonra Bayıl qəsəbəsi istiqaməti, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı”nın yanından Bayraq Meydanına qədər finiş nəzərdə tutulub”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu – 2023”-ün keçirilməsi nəzərdə tutulub.