Bakıda mağazadan ağlasığmaz üsulla oğurluq edildi -VİDEO

Bakıda ayaqqabı mağazalarından birində oğurluq hadisə baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Məlumata görə, mağazaya daxil olan şəxs ayaqqabı almaq adı ilə bir neçə ayaqqabını geyinərək soyub.

Köhnə ayaqqabılarını mağazada saxlayan şəxs 38 manatlıq yenilərini geyinərək oranı tərk edib.

Hadisə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videogörüntüdə əks olunan haldan məlumatlıyıq. Hazırda araşdırma aparılır.

Oğurluq hadisəsinin görüntülərini təqdim edirik: