Avtobusla "Range Rover" toqquşdu, 8 nəfər xəsarət aldı

Gəncə şəhərinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, qəzada 1998-ci il təvəllüdlü Ə.Əliyev, 2000-ci il təvəllüdlü A.Mehdiyev, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1986-cı il təvəllüdlü E.Həsənova, 1989-cu il təvəllüdlü Ə.Süleymanov, 2024-cü il təvəllüdlü Ə.Süleymanova, 2022-ci il təvəllüdlü M.Süleymanova və 1996-cı il R.Məmmədova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-in verdiyi məlumata görə, iyunun 15-də Gəncədə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (2 qadın, 4 kişi) saat 18:00 radələrində Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına və Akademik Z.Məmmədov adına tibb müəssisələrinin Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda deyilir.