İyulun 11-də və 12-də yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkarlanan çətənə bitkiləri yandırılaraq məhv edilib.
"Bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə nazirlikdən əlavə olunur.
Stopnarkotik.az