Yevlaxda DƏHŞƏT: 64 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

Yevlaxda güllələnmiş meyit tapılıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndinin ərazisində qeydə alınıb.

Mingəçevir şəhər sakini 64 yaşlı Əjdər Cuma oğlu Pirimovun meyiti atasına məxsus evdə aşkarlanıb. Onun odlu silahdan aldığı güllə yarasından öldüyü bildirilir.

Araşdırma aparılır.