Meksika hakimiyyəti ölkə üzərində nəzarəti itirib. Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Stopnarkotik.az xəbər verir ki, Tramp Meksikanın narkotik kartelləri tərəfindən idarə olunduğunu iddia edir. ABŞ prezidenti Karib dənizi və Sakit okeanda narkotik gəmilərinə qarşı əməliyyatının Meksikaya narkotik axınını azaltdığını deyir.
"Meksikanı kartellər idarə edir və bu, kədərlidir. Prezident Klaudia Şeynbaum çox yaxşı qadındır, amma çox qorxur", deyə cənab Tramp Fransada keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında (Ağ Evin YouTube kanalında yayımlanıb) bildirib.
ABŞ 2025-ci ilin sentyabr ayından bəri Karib dənizində və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olan şübhəli gəmiləri hədəf alır. 12 iyunda ABŞ Cənub Komandanlığı “Tren de Aragua” narkokartelinin lideri Nino Qerrero kimi tanınan Héctor Rustenford Qerrero Floresə qarşı ölümcül hücum təşkil etdi. Donald Trampın sözlərinə görə, əməliyyat Venesuela hakimiyyəti ilə koordinasiya olunub.
Stopnarkotik.az