"NARKO PARS" əməliyyatında 352 şəxs saxlanıldı

Türkiyənin 45 əyalətində narkotik qaçaqmalçılarını hədəf alan "Narko Pars" əməliyyatlarında 352 şübhəli saxlanılıb. Baş Prokurorluq və Jandarma Baş Komandanlığının Narkotik Cinayətləri ilə Mübarizə Departamenti tərəfindən koordinasiya edilən bu əməliyyatlar 45 əyalətdə narkotik satıcılarını hədəf alıb.

Stopnarkotik.az xəbər verir ki, əməliyyatlar nəticəsində 352 şübhəli həbs edilib və onların xaricdən yük daşımaları yolu ilə əldə etdikləri skunk toxumlarını ölkə daxilində satdıqları müəyyən edilib.

Adana, Adıyaman, Amasya, Ankara, Antalya, Artvin, Aydın, Balıkesir, Bingöl, Bolu, Burdur, Bursa, Çanakkale, Çorum, Denizli, Diyarbakır, Erzincan, Erzurum, Eskişehir, Isparta, İstanbul, İzmir, Kars, Kastamonu, Kayseri, Kocaeli, Konya, Kütahya, Manisa, Mersin, Muğla, Niğde, Ordu, Rize, Sakarya, Samsun, Sivas, Tekirdağ, Uşak, Yozgat, Zonguldak, Karaman, Yalova, Osmaniye və Düzce əyalətlərində araşdırmalar, analiz və izləmə çox dəqiqliklə həyata keçirildi. Şübhəli şəxslər texniki və fiziki nəzarət vasitəsilə izlənilib, onların cinayət əməlləri fərdi qaydada sənədləşdirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 132 kiloqram müxtəlif növ narkotik, çoxlu sayda narkotik həblər, narkotiki istifadə etmək üçün vasitələr, dəqiq tərəzi götürülüb.  

Stopnarkotik.az