"İran məsələni araşdırmağa ciddi şəkildə söz verdi" – CEYHUN BAYRAMOV

"Dünən İran tərəfindən Naxçıvana edilən dron hücumu ilə bağlı Moldova tərəfini məlumatlandırdım".

Stopnarkotik.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib.

O, həmkarına Azərbaycanın mövqeyini bir daha ifadə edib:

"Bir daha demək istərdim ki, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır. Dünən İran XİN rəhbəri ilə bir neçə dəfə təmasımız oldu. İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də ən qısa müddətdə nəticələri gözləyəcəyik".

XİN rəhbəri, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi barədə həmkarını məlumatlandırıb.