İsrail ordusu İrana qarşı yeni genişmiqyaslı hücum elan etdi

İsrail Ordusu İrana qarşı yeni genişmiqyaslı silsilə hücumlara başladığını elan edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ordunun press-relizində bildirilir.

"İsrail Ordusu İrana qarşı genişmiqyaslı silsilə hücumlara başlayıb", - bəyanatda deyilir.

İsrail Ordusu hücumların hədəflərinin İranın raket qurğuları və hava hücumundan müdafiə sistemləri olduğunu açıqlayıb.