HƏDƏFDƏ NARKOTİK BARONLARIDIR! – Nazir son 2 ildə keçirilən əməliyyatlar haqda danışdı

Türkiyənin "Hürriyet" qəzetinin baş yazarı Əhməd Hakan qardaş ölkənin daxili işlər naziri Əli Yerlikaya ilə müsahibəsini dərc edib. Nazir müsahibədə narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə genişmiqyaslı kampaniya haqqında söhjbət açıb. Yerlikaya bildirib ki, hakimiyyət orqanları öz fəaliyyətini artıq hədəfli reydlərdən beynəlxalq cinayətkar sindikatların sistematik şəkildə dağıdılmasına yönləndirib.

Əhməd Hakanın müxalifətin “hakimiyyət orqanlarının narkobaronlarla mübarizə aparmadığı, sadəcə qadağan olunmuş maddə istifadəçilərini hədəf aldığı” haqda iddiasına nazirin cavabını öyrənməyə çalışıb. Yerlikaya, “Narkotik  bir insanlıq suçudur. Altını cızaraq ifadə edirəm: Biz narkotikə qarşı savaş açdıq! Bu savaşı, yalnız ölkəmiz adına deyil, insanlıq adına aparırıq", - deyərək dəhşətli rəqəmləri açıqlayıb. O bildirib ki, son iki il yarım ərzində Türkiyədə narkotiklə bağlı işlərdə 100.509 nəfər həbs olunub. Təkcə 2025-ci ildə narkotik əməliyyatlarında 43 524 şübhəli həbs edilib.

**

Əli Yerlikaya

Nazirin sözlərinə görə, ən böyük narkoticarət qrupları, o cümlədən beynəlxalq “Komançero” şəbəkəsi və Urfi Çetinkayanın narkotik mafiyası dağıdılıb və onların rekord həcmdə - 747 milyon dollar dəyərində əmlakı müsadirə edilib.

“İnterpol”un qırmızı siyahısına daxil olan onlarla narkoticarət dəstəsinin lideri "Kuyu-4" və "Orkinos Bulut 2" əməliyyatları zamanı zərərsizləşdirilib və bu işlərdə müsadirə edilən aktivlərin ümumi dəyəri 350 milyon dolları keçib.

Bunları söylədikdən sonar nazir Yerlikaya, “yaxalanan baronlar” siyahısına toxunub.

“Bu siyahıya görə, son dövrdə çökdürülən beynəlxalq kriminal təşkilat olan “LEIJDEKKERS”-ə qarşı əməliyyatda təşkilatın qırmızı bületenlə aranan lideri də daxil olmaqla, ümumilikdə 57 kişi yaxalanıb. Hollandiya, Belçika, Almaniya, Serbiya hakimiyyətinin izlədiyi narkobaronlar bu əməliyyatda ələ keçiblər. Hakan Ayık adlı şəxsin başında durduğu motosiklet çətəsi olaraq bilinən KOMANÇERO narkomafiyasının bütün ünsürləri çökdürülüb. Bu kriminal təşkilatın çödürüldüyü əməliyyatın Avstraliya, Yeni Zelandiya ilə bağlantıları var. Bu, tam bir beynəlxalq kriminal şəbəkədir.

URFİ ÇETİNKAYA kriminal mafiyası

Qırmızı bültenlə axtarılan Urfi Çetinkayanın lideri olduğu mafiyanın maliyyə qaynaqlarına əl qoyulub, üzvləri isə keçirilən əməliyyatlarda ələ keçirilib. Kriminal qrupun müsadirə olunan mal varlığının dəyəri 747 milyon dollar idi. Urfi Çetinkaya yaxalandıqdan sonra həbsxanada vəfat edib.

**

İspaniyada 10 ton narkotikin aşkarlanması

Quyu-4 əməliyyatı zamanı “İnterpol”un qırmızı bülletenləri ilə axtarışda olan baronlar - Mert Ünqan, Aydın Razaki, Rəcəb Özyılmaz və İbrahim Kurtarın rəhbərlik etdiyi 4 ayrı cinayətkar təşkilat çökdürülüb, 54 baron və onların əlbirləri həbs edilib.

“TUNA BULUDU” ƏMƏLİYYATI

İstanbulda mərkəzləşən 24 vilayətdə 4 ayrı cinayətkar təşkilatı hədəf alan əməliyyatda “İnterpol”un qırmızı bülletenləri ilə axtarışda olan 13 baron tutulub həbs edilib. Onların hamısının adları sadalanıb.

“İnterpol”un qırmızı bülletenləri ilə axtarışda olan baronlar - İsmayıl Aslan Çoban (ABDO), Yavuz Kasap və Əhməd Cəlal Portakalcının (ÇİNKİTAŞ) rəhbərlik etdiyi üç ayrı cinayətkar təşkilat da zərərsizləşdirilib. Bu əməliyyatda çoxlu sayda insan həbs edilib və müsadirə edilən aktivlərin dəyəri çox böyük olub.

“TUNA BULUDU 2” ƏMƏLİYYATI

Bu, qırmızı bülletenlə axtarışda olan narkotik baronu Əhməd Münir Güvertenin rəhbərlik etdiyi təşkilat da daxil olmaqla, 5 ayrı cinayətkar təşkilatı hədəf alan böyük bir əməliyyatdır. Təşkilatın 353 milyon dollar dəyərində aktivi müsadirə edilib.

Nazir sonda Türkiyənin İspaniyada 10 ton narkotiklə müsadirə edilən gəmi ilə əlaqəsi barədə şayiələri təkzib edərək, Kamerun bayrağı altında üzən gəminin Türkiyə limanlarına girmədiyini açıqlayıb.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az