UCARDA ƏMƏLİYYAT: Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxslər tutuldu - FOTO + AUDİO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxslərdən 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, R.Mustafayev və M.Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.