Epilepsiyanın dərmanı tapıldı - “New England Journal of Medicine”

Marixuana ekstraktının ağır epilepsiyası olan uşaqlarda epilepsiya tutmalarını yarıya endirdiyi aşkarlanıb.

Tibb adamlarının apardığı klinik sınaq, tibbi çətənədən əldə edilən dərmanın nadir və həyati təhlükə yaradan epilepsiya forması olan “Dravet” sindromlu uşaqlarda tutmaların tezliyini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyub. Söhbət “Epidiolex” preparatından gedir. Sınaq “New England Journal of Medicine”də dərc olunub.

Stopnarkotik.az xəbər verir ki, tədqiqatda, “Epidiolex” kimi tanınan maye kannabidiol forması qəbul edən 2 yaşdan 18 yaşa qədər 120 uşaq iştirak edib. Nəticədə xəstələrin orta aylıq tutma tezliyinin 12-dən 6-ya düşdüyü görülüb və iştirakçıların beş faizi tamamilə tutmadan azad olub. Bu tədqiqat tək-tük hadisə çərçivəsindən kənara çıxmaq və kannabisin uşaq nevroloji xəstəlikləri üçün tibbi faydalarını elmi cəhətdən təsdiqləmək üçün ciddi səylərdən birini ortaya qoyur.

Əldə olunan nəticələr uzun müddətdir effektiv müalicə axtaran ailələr üçün ümid bəxş etsə də, çətənə ekstraktının çətinlikləri də var. Bəzi iştirakçılar ekstraktın qəbulu zamanı yorğunluq, qusma və iştahanın azalması kimi yan təsirlərin baş verdiyini bildiriblər ki, bu da az sayda uşağın sınaqdan çıxmasına səbəb olub. Bununla belə, tədqiqatın rəhbəri Dr. Orrin Devinski vurğulayır ki, nəticələr onilliklər boyu çəkən hüquqi gözümçıxdıya salma və nizamlayıcı maneələri aradan qaldırmaq üçün lazım olan möhkəm dəlilləri meydana çıxarır. İstehsalçı “GW Pharmaceuticals” FDA-nın təsdiqini almağa çalışarkən, bu mərhələ müasir tibbdə mühüm bir dəyişikliyi əks etdirir və potensial olaraq müxtəlif mürəkkəb epilepsiya xəstəliklərini müalicə etmək üçün yeni kannabis əsaslı terapiyalara qapı açır.

Material üçün mənbə Devinsky, O., Cross, J. H., Laux, L., Marsh, E., Miller, I., Nabbout, R., Scheffer, I. E., Thiele, E. A., & Wright, S., “Dravet” sindromunda dərmanını taomaq üçün davamlı kannabidiol sınaqları”- “New England Journal of Medicine”.

Stopnarkotik.az