İndoneziya Rabitə və Rəqəmsal Texnologiyalar naziri Meutya Hafid, 28 martdan etibarən 16 yaşdan kiçik istifadəçilərin hesablarının hakimiyyət orqanları tərəfindən "yüksək riskli" hesab edilən şəbəkələrdə deaktiv ediləcəyini açıqlayıb.
Hafid bildirib ki, bu, YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi platformaları əhatə edəcək. O əlavə edib ki, qadağa İndoneziyanı "uşaqların rəqəmsal məkana çıxışını yaşa görə qadağan edən ilk qeyri-Qərb ölkəsi" edəcək.
O, qərarı şərh edərkən bildirib ki, "uşaqlarımız getdikcə daha real təhlükələrlə üzləşirlər - pornoqrafik məzmundan, kiberhücumdan və onlayn fırıldaqçılıqdan tutmuş ən çox narahat olan narkotik asılılığına qədər".
Sosial media şirkətlərinin nümayəndələri hələlik İndoneziya hakimiyyətinin qərarı ilə bağlı şərh verməyiblər. UNICEF-in 2023-cü ildə dərc olunmuş məlumatlarına görə, sorğuda iştirak edən 510 indoneziyalı uşağın təxminən yarısı sosial mediada seksual xarakterli şəkillərlə qarşılaşıb.
İndoneziyada pornoqrafik materiallar dərc edən veb saytlar qadağandır.
Ötən ilin dekabr ayında Avstraliya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etdi. İspaniya da eyni şeyi etmək niyyətindədir. Böyük Britaniya yeniyetmələr üçün sosial medianın qadağan edilməsi ilə bağlı ictimai dinləmələr keçirmək qərarına gəlib.
Stopnarkotik.az