Tehrandakı Azərbaycan diplomatlarının təxliyəsinə başlanılıb

Azərbaycan Respublikasının Tehrandakı diplomatik missiyasının əməkdaşları artıq Astara sərhəd keçid məntəqəsinə gəliblər.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hazırda onların sərhəd keçid məntəqəsindən keçidi təmin olunur.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıq vermişdi.