Fransa qırıcıları İran dronlarını vurdu - VİDEO

Fransa qırıcı təyyarələri BƏƏ-də İran dronlarını vurub.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV-yə verdiyi açıqlamada bildirib. 

Onun sözlərinə görə, Fransa hərbi bazalarını qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinin hava məkanına "Rafale" qırıcı təyyarələri göndərib.

"Onlar bazalarımız üzərindəki hava məkanının təhlükəsizliyini təmin etdilər", - deyə Barro qeyd edib.