"İstənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzu görəcək" - İLHAM ƏLİYEV

"Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq".

Bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

"Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək", - Dövlət başçısı vurğulayıb.