Həyatına qəsd edən oliqarxın sonuna "kokainli həyatı" çıxıb?

Bildiyimiz kimi, 2026-cı il martın 2-də Rusiyada çeçen əsilli keçmiş milyonçu Umar Cəbrayılov intihar edərək həyatına son qoydu. Onun intiharına səbəb isə narkomaniya və yəqin ki, narkotik asılılığından qaynaqlanan biznes problemlərinin yaratdığı depressiya olub.

Uzun müddət kokain istifadəsi (media xəbərlərinə görə, 1990-cı illərdən bəri) səbəbindən Cəbrayılovun burun septumunun nekrozu inkişaf edib. Başqa sözlə burun cürüməyə başlayıb. Onun vəziyyəti o dərəcədə pisləşib ki, plastik cərrahiyyə kömək edə bilməyib və bu da onun psixoloji vəziyyətini daha da ağırlaşdırıb. Həmişə görünüşünə önəm verən Cəbrayılov üçün əməliyyatın yaratdığı dəyişikliklər onsuz da mövcud depressiyasına əlavə stress gətirib.

Və 2 martda keçmiş milyonçu Tverskaya küçəsindəki Moskva otelində intihar edib. O, artıq 2020-ci ildə intihara cəhd etmişdi, lakin xilas edilmişdi.

Umar Cəbrayılovun “kokainli oliqarx həyatı”, hansı səviyyədən hansı səviyyəyə düşməsi hər kəs üçün ibrət dərsi olmalıdır. Heç bir halda heç bir narkotik heç bir insanı xoşbəxt edə bilmir. Narkotiklə təskinlik tapmanın sonu ölümdür. 

Stopnarkotik.az