Bakıda 21 yaşlı qız itkin düşdü - FOTO

Xəzər rayon sakini 21 yaşlı Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb və naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub.

Şəkildəki bu şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03 şəhər nömrələri və (050) 821-00-11, (055) 611-83-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.