Polis Qaradağ rayonunda yerləşən 228 saylı tam orta məktəbdə “Narkotik bəşəriyyətin bəlasıdır” mövzusunda yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə iştirak edən Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkomanlıq və onun yaratdığı təhlükələrdən danışılıb, bu istiqamətdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edilib.
Tədbir zamanı gənclərin zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr də verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
