Xameneyinin oğlu Müctəba Xameneyi yeni ali rəhbər seçilib.
Stopnarkotik.az xəbər verir ki, bu haqda məlumatı İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü Ayətullah Məhəmmədəli Musəvi Cəzayiri açıqlayıb.
"İranın yeni ali liderinin soyadı bir neçə gün əvvəl öldürülmüş keçmiş rəhbər Əli Xameneyinin soyadı ilə eyni olacaq", - deyə o, bildirib.

*** 22:12
Ekspertlər Şurası yeni ali rəhbəri seçib.
Stopnarkotik.az "Azad İran"a istinadən xəbər verir ki, qərar barədə daha sonra məlumat veriləcək.
Bu haqda şuranın Xorasan-Rəzəvi əyalətindən olan üzvü Əhməd Ələmülhüda məlumat verib.
“Seçki keçirildi və lider müəyyən edildi”, - deyə o bildirib.
O qeyd edib ki, ölkə konstitusiyasına görə, Ekspertlər Şurasının heç bir üzvü fikrini dəyişmək hüququna malik deyil.
Ələmülhüdanın sözlərinə görə, indi hər şey şuranın katibi Ayətullah Hüseyni Buşehridən asılı olacaq, o, qurumun qərarını ictimaiyyətə açıqlamalıdır.
Stopnarkotik.az