Salyan polisinin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.