İranda təhlükəsizlik strukturlarının bəzi üzvlərinin fəaliyyətlərini gizlətmək üçün qeyri-adi üsullara əl atılıb.
Stopnarkotik.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri və yarıhərbi radikal “Bəsic”qüvvələrinin bəzi komandirlərinə gizli fəaliyyət zamanı kimliklərini gizlətmək məqsədilə qadın geyimindən istifadə etmək tövsiyə edilib.
Məlumata əsasən, Bəsic komandirlərindən biri olan Yasir Ləfuti addımlarını və fəaliyyətini gizlətmək üçün qadın geyimi və hicab taxaraq hərəkət edir.

