Gürcüstanda həbsxana əhalisi artır

Gürcüstanda həbsxana əhalisi artmaqda davam edir. Stopnarkotik.az xəbər verir ki, “Sakstat”ın məlumatına görə, yanvar ayı etibarilə həbsxanada təxminən 11.200 nəfər var idi.

Bu ölkə əhalisinin 0,3%-ni təşkil edir. Bu, 2014-cü ildən bəri yeni bir rekorddur. Digər məlumatlara görə isə mövcud 14 həbsxana 89,6% doludur. 128 yetkinlik yaşına çatmayan və 70 yaşdan yuxarı 81 nəfər cəza çəkir. Həbsxanada 518 qadın var. 2600 nəfər hökm gözləyir. Həbsxana əhalisinin ümumilikdə 1600 nəfəri əcnəbidir. 

Stopnarkotik.az