Xameneinin öldürüldüyü rəsmən təsdiqləndi - AÇIQLAMA / YENİLƏNİB

İran hökuməti Ali Rəhbər Əli Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib.

“Əl-Cəzira” xəbər verir ki, hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.

“IRIB News”un məlumatına görə Xamenei vəzifə borcunu yerinə yetirdiyi zaman həlak olub. Hücumun şənbə gününün erkən saatlarında baş verdiyi bildirilir.

*** 06:08

İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei ABŞ-ın hücumları nəticəsində öldürülüb.

Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

“Fars” xəbər agentliyinin məlumatına görə, İranın Ali Rəhbərinin ailəsinin dörd üzvü, o cümlədən qızı və nəvəsi ABŞ-ın hücumları zamanı həlak olub.