Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi - 49 YAŞLI ƏRİ SAXLANILDI / YENİLƏNİB

Sumqayıtda 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Stopnarkotik.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***11:27

Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki , Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır.