Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.