Azərbaycanda tələbə vəfat etdi - YENİLƏNİB

"Aysun Zöhrab qızı Teymurova bizim sabiq tələbəmiz olub. O, iki il əvvəl universitetdən xaric olunub".

Stopnarkotik.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tədris və elmi işlər üzrə direktor müavini Seymur Süleymanov verib.

O qeyd edib ki, A.Teymurova səhhətindəki problemlə bağlı dərsə gələ bilmirdi.

"Mənə bildirildi ki, Aysun xanım onkoloji xəstəlikdən əziyyət çəkirdi. 2024-cü ilin mart ayının 1-də səhhətindəki problemlə əlaqədar universitetdən xaric olunub. Həmin vaxt ikinci kursda təhsil alırdı", - deyə S.Süleymanov vurğulayıb.

***09:37

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Aysun Zöhrab qızı Teymurova vəfat edib.

Stopnarkotik.az oxu.az-a istinadən  xəbər verir ki, o, dünən dünyasını dəyişib.

A.Teymurovanın hansı səbəbdən vəfat etdiyi məlum deyil.