Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində baş verib.
Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.