Türkiyədə aparılan narkotiklə bağlı əməliyyat çərçivəsində hazırda "Survivor"da iştirak edən Barış Murat Yağcı və sosial media fenomeni Enes Batur haqda saxlanılma qərarı verilib.
Stopnarkotik.az xəbər verir ki, bu şəxslər hazırda xaricdə olduğundan qərar hələ icra olunmayıb.
Saxlanılma qərarı verilən digər adlar arasında Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turqut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı da var.
Yağcının vəkilləri isə məsələnin həlli üçün çalışırlar. Hazırda Barışın yarışmadakı aqibəti sosial şəbəkədə marağa səbəb olub. Hətta onun yarışdan uzaqlaşdırıldığı haqda qeyri-rəsmi iddialar var.
Stopnarkotik.az