Narkotik asılısı olan çağırışçılara möhlət hüququ verilir? – İDARƏ RƏİSİ AYDINLIQ GƏTİRİR

Polkovnik-leytenant Füzuli İsmayılov: “Hətta bir nəfər gəncimiz zərərli vərdişə yoluxursa, bu, çoxdur”

“Azərbaycan gəncinin hərbi xofu yoxdur; Hərbi peşə peşələrin ən alisidir...”

“Vətən müharibəsində ağır yaralanan qəhrəman polkovnikimiz Anar Mirzəyevə həkimlər deyiblər ki, komadan ayılmağınıza siqaret çəkməməyiniz səbəb oldu...”

“Cənab Prezidentin çağlırışı ilə bir həftədə 55 min nəfər müharibəyə getmək üçün qeydiyyatdan keçdi...”

“Stop narkotik”in növbəti qonağı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xdimətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılovdur.

Onunla müsahibədə narkotik asılısı olan çağırışçı gənclərə möhlət hüququnun verilib-verilməməsi, eləcə də yeniyetmə və gənclərimizin vətənpərvərliyi mövzusunda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Buyurun, izləyin və verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.

Stopnarkotik.az